Sabirabadda ağır yol qəzası baş verib.
Oxu.Az-ın verdiyi məlumata görə, hadisə bu gün axşam saatlarında Bakı-Horadiz magistral yolunun rayonun Qalağayınkəndi ərazisindən keçən ərazisində qeydə alınıb.
Belə ki, BMW markalı avtomobilin idarəetməsinin itməsi nəticəsində maşın yolun kənarındakı daş hasara çırpılıb.
Qəza nəticəsində 1995-ci il təvəllüdlü Usubov Vüqar İsmət oğlu və onun bacısı, 1997-ci il təvəllüdlü Usubova Nuridə İsmət qızı hadisə yerində dünyasını dəyişib.
Qəzada xəsarət alan, 2003-cü il təvəllüdlü Usbov Əmirağa İsmət oğlu və digər bir nəfər Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.
İlkin məlumata görə, avtomobildə olan bir ailənin üzvləri nişana gedirmişlər.
Faktla bağlı araşdırma aparılır.