Pirşağıda dənizdə batan gəncin meyiti tapılıb

Ötən gün Pirşağı çimərliyində dənizdə bir nəfər batıb.

Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a bildirilib ki, batan şəxsin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Ölən şəxsin kimliyinə gəlincə, bu, Abşeron rayonu, Məmmədli kənd sakini, 2002-ci il təvəllüdlü Sadiq Vüqar oğlu Abbasovdur.
Bundan əvvəl iki nəfərin həmin ərazidə dənizdə batması barədə məlumat yayılmışdı.