Şirvanda toy mərasimi zamanı tüstüdən zəhərlənənlərin sayı artıb.
APA -nın Mil-Muğan bürosunun məlumatına görə, hazırda xəstəxanaya 14 nəfər yerləşdirilib.
Onların "Yeganə" şadlıq sarayında istifadə edilmiş tüstü yayan pirotexniki vasitədən zəhərləndiyi deyilir.
***
Saat 20:56
Şirvan şəhərində kütləvi zəhərlənmə olub.
APA -nın Mil-Muğan bürosu xəbər verir ki, hadisə şəhər ərazisindəki "Yeganə" şadlıq sarayında baş verib.
Belə ki, toy mərasimi zamanı istifadə edilmiş tüstü yayan pirotexniki vasitə qonaqlar arasında zəhərlənməyə səbəb olub. Nəticədə 6 nəfər xəstəxanaya yerləşdirilib. Onların vəziyyətiağır olduğu üçün Reanimasiya şöbəsinə yerləşdiriliblər.
Faktın təfərrüatları araşdırılır.