Mingəçevirdə maşın aşdı: Sürücü ağır xəsarət alıb 

Mingəçevirdə minik avtomobili aşıb.

APA -nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Samux küçəsində baş verib.“VAZ 2106” markalı avtomobillə toqquşan “VAZ 21 07” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Hadisə nəticəsində 1992-ci il təvəllüdlü sürücü Elvin Kərimli ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.Faktla bağlı araşdırma aparılır.