İranın şimalında yerləşən Gilan vilayətinin Rudsər rayonunda Xəzər dənizi sahilində 41 yaşlı kişi boğulub.
Trend-in məlumatına görə, bunu İranın Gilan vilayətinin hüquq-mühafizə orqanının polis rəisi müavini polkovnik Hüseyn Həsənpur deyib.
H.Həsənpurun sözlərinə görə, bu şəxs çimmək üçün nəzərdə tutulan ərazidən kənarda üzməyi yaxşı bacarmadığına görə boğulub.
Həsənpur əlavə edib ki, vilayətin Lahican rayonunda isə 20 yaşlı gənc çayda boğulub.
Polis rəisi meyitlərin aidiyyəti üzrə tibbi ekspertizaya təhvil verildiyini deyib.