Dənizdə batan uşaqlar dəfn edildi - FOTO



Dünən Xəzər dənizinin Bakının Nardaran qəsəbəsi sahillərində çimərkən batan uşaqlardan 3-dən 2-si bu gün dəfn edilib.



Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində dənizdə boğulan 2007-ci il təvəllüdlü Cəfərova Mənsumə Əsəd qızının, 2008-ci il təvəllüdlü Cəfərov Əlirza Əsəd oğlunun və 2011-ci il təvəllüdlü Cəfərzadə Leyla Ramin qızı bu gün Xırdalan qəbiristanlığında dəfn edilib.

Qeyd edək ki, dənizdə boğulan 10 yaşlı Cəfərzadə Zeynəb Ramin qızının axtarışları davam etdirilir. (publika.az)