Qadın Bakıdan rayona toya getdi - Restoranda öldü


İsmayıllıda toyda ölüm hadisəsi baş verib.

Qafqazinfo  xəbər verir ki, şadlıq saraylarının birində keçirilən toyda qonaqlardan biri - 1958-ci il təvəllüdlü Bakı şəhər sakini Xancanova Şahnaz Əfsər qızı qəflətən dünyasını dəyişib. Qadının meyiti müayinə olunmaq üçün "morq"a aparılıb. Ölümün dəqiq səbəbi araşdırmalardan sonra bəlli olacaq.

Faktla bağlı araşdırma aparılır.