68 yaşlı kişi dənizdə batdı


Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xaçmaz rayonunun Nabran kəndində dənizdə, məntəqə ərazisində 2 nəfərin çimərkən batması barədə məlumat daxil olub.Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 1 nəfəri xilas edib və 68 yaşlı Quliyev Səfər Qulu oğlunun meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.​