Şəkidə toya gedən 21 nəfər xəstəxanalıq oldu: Yeməkdən zəhərləniblər


Şəkidə toyda kütləvi zəhərlənmə olub. Oxu.Az-ın məlumatına görə, hadisə Çeşməli kəndində baş verib

Səhiyyə Nazirliyindən verilən məlumata görə, eyni toyda iştirak edən 21 nəfər toy mərasimindən sonra Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər:

"Müraciət edənləri müayinə edən həkimlər onlarda dizbakterioz aşkarlayıblar".

Nazirlikdən qeyd edilib ki, xəstələrə tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar.