“Gənclik mall”da mühafizəçilərlə müştəri arasında insident yaşanıb.
Axşam.az-ın məlumatına görə, bu haqda hadisə şahidləri sosial şəbəkədə yazıb. Bildirilib ki, ticarət mərkəzinin mühafizəçiləri qadını sürüyərək, çölə çıxarmağa çalışıblar.
“Qafqazinfo” məsələ ilə bağlı ticarət mərkəziylə əlaqə saxlayıb. Məlumat mərkəzindən belə bir halın baş verdiyi təsdiqlənib. Bildirilib ki, həmin xanım mərkəzdə salfet satmaq istəyirmiş:
“Mühafizəçilər təlimata uyğun olaraq, həmin xanımın oranı tərk etməsini istədilər. O isə təlimata əməl etməyərək mühafizəçini vurub. Mühafizəçilər bu vəziyyətdən sonra xanımı oradan güclə çıxartdılar. Belə bir halın yaşanmasına görə, sözügedən mühafizəçilərə töhmət verilib”.