Gəncədə dəhşət: Baba 3 yaşlı nəvəsini öldürdü


Gəncədə bədbəxt hadisə baş verib.
APA -nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 5 mikrorayon ərazisində, Elbrus Allahverdiyev küçəsində qeydə alınıb. Ərəstun Qasımov idarə etdiyi “KamAZ” markalı yük maşınını arxaya verərkən nəvəsi, 2016-cı il təvəllüdlü Qasımov Ərəstun Nizami oğlu maşının altında qalaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.