Elektrik cərəyanı yeniyetmənin ölümünə səbəb oldu


Neftçalada yeniyetmə qızı elektrik cərəyanı vurub.

Oxu.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə bu gün saat 17:00 radələrində rayonun Boyat kəndində baş verib. 

Kənd sakini, 2004-cü il təvəllüdlü Mirzəyeva Zərifə Mahir qızı evdə elektrik cihazını elektrik şəbəkəsinə qoşmaq istəyib. Bu zaman ehtiyatsızlıqdan elektrik cərəyanı onu vuraraq öldürüb. 

Hazırda faktla bağlı araşdırma aparılır.