Bakıda qəza: 70 yaşlı qadın yük maşınının altında can verdi


Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA -nın məlumata görə, avqustun 28-i Sabunçu rayonu Maştağa qəsəbəsində yük maşını 1949-cu il təvəllüdlü Bədəlova Tahirə Əsgər qızını vurub.
Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.