Bir-birinə bitişik üç ev yandı 


Goranboyda 3 ev yanıb.
APA -nın yerli bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Dəliməmmədli şəhərində qeydə alınıb. Bir-birinə bitişik üç evdə meydana gələn yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 5 texnikası və canlı qüvvəsi cəlb edilib.
Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb.