“Avqust ayında 5 nəfər qida zəhərlənməsi ilə bağlı müraciət edib”.
Bu sözləri Lent.az -a 1 saylı saylı Kliniki Tibbi Mərkəzin Yoluxucu xəstəliklər şöbəsinin müdiri Gülnarə Babayeva deyib. O bildirib ki, müraciətlər ancaq Bakı şəhərindən olub:
“Həmin şəxslər Nərimanov, Xəzər, Səbail, Abşeron, Sabunçu rayonlarından olub. 5 nəfərdən 2-si qarpızdan, 1-i qarışıq yeməklərdən (tort, bal, qızartmalar və s.), 1-i evdə köhnə qalmış çiy sudan, sonuncusu isə istidə qalmış ətdən badımcan dolması hazırlayaraq yediyi üçün zəhərlənib”.