42 yaşlı kişini maşın vurub öldürdü


Cəlilabadda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA -nın cənub bürosunun verdiyi məlumata görə, bədbəxt hadisə rayonun Qarayar kəndi ərazisində baş verib. Minik avtomobili rayon sakini, 42 yaşlı Qafur Vahid oğlu Abbasovu vurub. Nəticədə piyada dünyasını dəyişib.
Hazırda sürücünün kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.