Bakıda FACİƏ: Qadın "KamAz"ın altında qaldı


Binəqədi rayonunda yol qəzası zamanı bir nəfər ölüb.

APA xəbər verir ki, hadisə Binəqədi şossesində baş verib.
Belə ki, 1975-ci il təvəllüdlü Allahverdiyeva Zərxanım Ənvər qızı piyada keçidindən keçən zaman “KamAz” markalı yük avtomobili onun üzərindən keçib. Qadın hadisə yerində ölüb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb.