Türkiyənin Sakarya Vilayətində yerləşən Taşkısısığı ərazisindəki hərbi hissədə kütləvi zəhərlənmə baş verib.
AZƏRTAC xəbər verir ki, sentyabrın 28-də axşam yeməyindən sonra narahat olan 143 hərbçi yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Sakarya Valiliyinin məlumatına görə, baş verənlər Türkiyə vaxtı ilə saat 22.30-dan sonra müşahidə olunub. Bildirilir ki, hərbçilərdən 63-ü ilkin müayinədən sonra hərbi hissəyə qaytarılıb, 73-ü tibbi nəzarətə götürülüb, 7-si isə xəstəxanaya yerləşdirilib.