Qubada faciə: 18 yaşlı oğlan bu səbəbdən öldü

Quba rayonunda bədbəxt hadisə baş verib.

APA -nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Yerfi kəndində qeydə alınıb.

Kənd sakini, 2001-ci il təvəllüdlü Cabir Babayevi qoyun otararkən elektrik cərəyanı vurub. Əlindəki çomağı yaxınlıqdan keçən elektrik xəttinə toxunduran gəncin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Quba rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.