Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində yolu keçən paytaxt sakinləri S.Qaybalıyev və X.Hümbətov Bakı şəhər sakini O.Məmmədovun idarə etdiyi “Daewoo” markalı avtomobillə vurulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hadisə nəticəsində xəsarət alan hər iki piyada xəstəxanaya yerləşdirilib. X.Hümbətovun həyatını xilas etmək mümkün olmayıb.
Nərimanov rayonunun A.Nemətulla küçəsində isə yolu keçən paytaxt sakini Cavad İbadovu Bakı şəhər sakini K.Alıyev idarə etdiyi “Opel” markalı avtomobillə vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktlarla bağlı araşdırmalar aparılır.