Bakı-Şamaxı-Yevlax avtomobil yolunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Report-un xəbərinə görə, hadisə noyabrın 15-də yolun Abşeron rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Ağcabədi rayon sakini, 1975-ci il təvəllüdlü İlham Məmmədli idarə etdiyi “VAZ-21074” markalı avtomobillə piyada, Abşeron rayonunda yaşayan, 43 yaşlı Səbinə Həsənovanı vurub.
Qadın xəstəxanaya aparılarkən yolda keçinib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Səbinə Həsənova Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) əməkdaşı olub. O, ADNSU-nun Kimya-texnologiya fakültəsində laboratoriya müdiri kimi çalışıb.