Türkiyənin İstanbul şəhərində marketdə silahlı atışma olub.
“Sözcü”nün verdiyi xəbərə görə, A.E. adlı şəxs Güllübağlar məhəlləsində marketə girərək bir ailənin dörd üzvünü güllələyib.
Onlardan üçü - Orxan Yılmaz, Rəbiyə Yılmaz və Əhməd Yılmaz aldıqları güllə yarasından ölüb, Ayxan Yılmaz isə yaralanıb.
Polisin nəzarətə götürdüyü cinayətkarın hadisəni hansı səbəbdən törətdiyi bilinmir.