Bakıda yolu keçmək istəyən qadını maşın vurdu


Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsində bir nəfər yaralanıb.

APA xəbər verir ki, hadisə Xocasən qəsəbəsində baş verib.

Minik avtomobili yolu keçmək istəyən 1982-ci il təvəllüdlü Məmmədova Gülbadam Burxan qızını vuraraq xəsarət yetirib.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.