Bakıda tuneldə qəza: Yük maşını aşdı

Bakıda “Gənclik” metrostansiyası yaxınlığında yerləşən tuneldə baş verən qəza anı kameraya düşüb. 

Avtosfer.az xəbər verir ki, yük maşını tunelin sərt döngəsinə sürətlə daxil olub. 

Nəticədə, idarəetməni itirərək aşıb. Hadisə nəticəsində sürücü xəsarət alıb.