Avtomobil şəhərin ortasında qaynar suya batdı: Ölənlər var

Rusiyanın Penza şəhərində avtomobil “yerə batıb”.

Hadisə baş verən ərazidə yerin altında istilik şəbəkəsi olub. Asfaltın altında qaynar suya düşən avtomobili qaldırıcı kranın köməyilə çuxurdan çıxarıblar.

Ren TV-nin məlumatına görə, faciə nəticəsində iki nəfər həyatını itirib. Hadisənin təfərrüatı araşdırılır.