Lənkəranda avtomobilin vurduğu 12 yaşlı piyada ölüb.
Oxu.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə şəhərin Şəhidlər Xiyabanı küçəsində baş verib. 12 yaşlı Kazımzadə Nihad Çingiz oğlunu avtomobil vurub. Sürücü yaralını xəstəxanaya çatdırmaq istəsə də, uşaq yolda vəfat edib.
Onun cansız bədəni daxili və xarici müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.
Qeyd edək ki, N.Kazımzadə məşqdən evə qayıdan zaman hələlik adı məlum olmayan sürücü tərəfindən vurulub.
Faktla bağlı araşdırma aparılır.