Türkiyənin Bursa şəhərinin İnegöl qəsəbəsində baş verən yanğında həyatını itirən 5 yaşlı Ömər Argun son mənzilə yola salınıb.
Argun ailəsinin 5 yaşlı uşaqları Ömər Argun iddiaya görə, kömürlüyə girərək oynamağa başlayıb. Bu zaman hələ məlum olmayan səbəb görə kömürlükdə yanğın baş verib. Sherg.az-ın türk mediasına istinadən verdiyi xəbərə görə, yanğın qısa müddətdə kömürlüyü əhatələyib. Xəbərdən dərhal sonra hadisə yerinə gələn xilasetmə qrupları yanğını söndürüb. Bu zamn qorxunc gerçək də ortaya çıxıb.
Yanğın yerindən çıxa bilməyən 5 yaşlı Ömər faciəvi şəkildə yanaraq həyatını itirib. Balaca uşağın cəsədi respublika prokurorunun hadisə yerində araşdırmasından sonra İnegöl xəstəxanasının meyitxanasına aparılıb. Həyatını itirən Ömərin cansız bədəni qəti ölüm səbəbinin təyin olunması üçün Ədli Tibb Təşkilatına göndərilib. Burada əməliyyatların ardından uşağın cənazəsi öz məhəlləsinə gətirilib. Ömər cənazə namazından sonra gözyaşları arasında torpağa tapşırılıb.
Digər yandan Ömər Argunun əkiz olduğu və əkizinin isə qız olduğu və adın Ümmühan adında əkiz bacısı olduğu öyrənilib. Hadisə ilə əlaqədar istintaq davam etdirilir.
Turan