Bakıda mənzildən meyit aşkarlanıb


Bakıda mənzildə qadın meyiti aşkar olunub.

APA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, bu barədə məlumat "112" qaynar telefon xəttinə daxil olub.

Məlumata əsasən, Binəqədi rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1972-ci il təvəllüdlü Zülfüqarova Səlvinaz Hilal qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.