Mərhumun atası İlham Qırtımov qızının intihar etmədiyini bildirib:
“Sevinc Yasamalda oğlumla (“Keşlə”nin müdafiəçisi İlkin Qırtımov) birlikdə yaşayırdı. Hadisə Yasamalda, binanın 18-ci mərtəbəsində baş verib. Bir neçə gün idi qızım mədəsindən şikayət edirdi. Buna görə də, müalicə üçün iynə-dərman etdirirdi. Qızım evin içində qaytarmağa başlayıb. Özünü pis hiss etdiyindən, hava almaq üçün evin eyvanına çıxıb. Yenidən qaytaranda ayağı sürüşüb və aşağı düşüb (ağlayır)”.
Sevinc Qırtımova Azərbaycan Milli Konservatoriyasında çalışırmış (Unikal).
11:12
Bakıda tanınmış futbolçunun bacısının intihar etməsi ilə bağlı cinayət işi başlanıb.
APA-nın məlumatına görə, dekabrın 8-də Yasamal rayonu, Əhəd Əhmədov küçəsində kirayədə yaşayan 1992-ci il təvəllüdlü Sevinc Qırtımova yaşadığı binanın 18-ci mərtəbəsində özünü ataraq intihar edib.
Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edək ki, S. Qırtımova Azərbaycan millisinin sabiq, “Keşlə”nin hazırkı futbolçusu İlkin Qırtımovun bacısıdır.