Göbələkdən zəhərlənmə: 22 ölü, 10 mindən çox zəhərlənən... 


Fransada 2010-2017-ci illər ərzində göbələk zəhərlənməsindən 22 nəfər dünyasını dəyişib, 10 min 625 adam isə zəhərlənib.

«Sherg.az» «lefigaro.fr»ə istinadən xəbər verir ki, bu barədə Fransanın Səhiyyə Agentliyi məlumat yayıb.

Xəbərdə qeyd olunur ki, ölənlərdən 10-u kişi, 12-si isə qadındır.
Onların yaşı 38-88 aralığında dəyişir.
Zəhərlənmə hallarına mağazalardan alınma göbələklər və restoranda hazırlanan göbələkli yeməklər səbəb olub.