Antalya titrədi: Alanyada 4 bal gücündə zəlzələ...

Türkiyədə zəlzələ oldu. Bu gün saat 10:52 dəqiqədə (Türkiyə vaxtı) Antalyanın Alanya bölgəsində 4 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar bölgə əhalisinin həyəcanına səbəb olub. “Sherg.az" “Milliyet.com”a istinadən bildirir ki, Türkiyənin fövqəladə hallarla bağlı qurumu AFAD və Qəndilli Rəsədxanası zəlzələ barədə açıqlama verib. Açıqlamada bildirilir ki, Antalya körfəzində meydana gəlmiş təkanların dərinliyi AFAD-a görə 6.43 kilometr, Qəndilli Rəsədxanasının hesablamasına görə isə 1.8 olub.