Cənazələr qarışdı, dəfn yarımçıq qaldı

İstanbulda vəfat etmiş Qürbət Dabanın cənazəsi dəfn edilmək üçün məmləkəti Siirtə göndərilib. Lakin cənazənin yola salınması zamanı tabutlar qarışıq düşüb. Qadının cənazəsi Siirt əvəzinə Sakaryaya göndərilib. 

Sherg.az türk mediasına istinadən xəbər verir ki,  Gürbət Daban İstanbuldakı xəstəxanalardan birində böyrək çatışmazlığından vəfat edib. Cənazə daşıyan avtomobilin içində daha 4 tabut varmış. Avtomobil cənazələri bölgə-bölgə ailələrə təslim etməliymiş. Gürbət Dabanın “cənazəsi” Siirtdə ailəsinə təslim edilib. Amma qohumlar cənazənin Gürbətə aid olmasından şübhələniblər. G.Dabanın oğlu Ercan Daban rəsmilərə müraciət edib və araşdırma nətcəsində məlum olub ki, həqiqətən də cənazə G.Dabana aid deyil.G.Dabanın cənazəsinin səhvən Sakaryaya aparıldığını öyrəniblər. Siirtə gətirilən cənazə isə Sakaryada torpağa verilməsi gərəkən 71 yaşlı Xədicə Özmənə məxsus imiş. Qarışıqlıq ortaya çıxdığında dəfn işləri dayandırılıb. Cənazələr bu dəfə hər biri öz yurduna – G.Dabanın cənazəsi daha öncə planlaşdırıldığının əksinə, Siirt deyil, Diyarbəkirə, X.Özmənin cənazəsi isə Sakaryaya göndərilib.