Şirvanda küçədən kişi meyiti tapılıb

Şirvan rayonunda küçədən kişi meyiti tapılıb

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvanda H.Əliyev prospektində yerləşən əvvəllər peşə təhsili kimi fəaliyyət göstərən tikilinin ərazisində kişi meyiti aşkar edilib.

Meyit müayinə olunmaq üçün Şirvan Rayon Xəstəxanasının morquna yerləşdirilib. Müəyyən edilib ki, meyit səfil həyatı sürən Şirvan sakini, 1958-ci il təvəllüdlü Əhədov Böyükağa Həmidağa oğluna məxsusdur.

Faktla bağlı Şirvan prokurorluğunda araşdırma aparılır.