Bərdədə yanan çay evi söndürülüb 

Bərdədə çay evində başlayan yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirliyin Yanğından Mühafizə Xidməti əməkdaşlarının səyi nəticəsində yanğının qarşısı alınıb.
Yanğın zamanı xəsarət alan olmayıb.