Ana yeni dünyaya gətirdiyi körpəsini zibilliyə atdı 

İstanbulun Qaziosmanpaşa rayonunda qadın yeni dünya dünyaya gətirdiyi övladını evinin yaxınlığında yerləşən zibil konteynerinə atıb.

“Demirören Haber Ajansı” (DHA) xəbər verir ki, hadisə ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Xoşbəxtlikdən körpənin həyatı xilas edilib. Yaxınlıqda yaşayan sakinlər uşağın ağlamaq səsini eşidərək onu zibillikdən çıxararaq yaxınlıqdakı xəstəxanalardan birinə çatdırıblar.