
17 illik həsrət: Ana oğlunu axtarır
Yusif Nəzərli
09:55 07.09.2025
Hadisə
608
“Oğlum sağdır, amma xoşbəxt deyil”
Diyarbakırın Bismil rayonunda yaşayan Fatma və Ercan Aslan cütlüyü ilk övladlarının dünyaya gəlməsi ilə valideyn olmaq sevincini yaşayıb. İmam olan ata, evdar qadın olan ana ikinci övladlarını dünyaya gətirməklə bu sevinci daha da möhkəmləndirmək istəyiblər.
Körpə vaxtından əvvəl doğulduğundan əvvəlcə Bismil Dövlət Xəstəxanasına, sonra isə Diyarbakırın Dağkapı Uşaq Xəstəxanasına köçürülüb. Cütlüyün Məhəmməd Furkan adını qoyduğu körpə küvəzə yerləşdirilib. Lakin onlara körpənin öldüyü xəbəri verilib. Sherg.az “Milliyet.com.tr”yə istinadən bildirir ki, Ercan Aslan baş verənləri belə izah edib: "Vaxtından əvvəl doğuşla əlaqədar küvəzə yerləşdirilən körpəmiz 17 gün xəstəxanada qaldı. Onu görmək və anasının körpəni əmizdirməsi üçün çox müraciət etdik, amma alınmadı. Həyat yoldaşımın hamiləliyi zamanı nə həyat yoldaşımın, nə də körpəmizin səhhətində heç bir problem olmamışdı. Yalnız körpəmiz vaxtından əvvəl doğulduğu üçün küvəzə yerləşdirildi. Xəstəxanadan zəng vurub, “başsağlığı veririk, körpəniz dünyasını dəyişdi” dedilər. Dünyamız dağıldı”.
Körpələrinin ölüm xəbəri xəstəxana rəsmiləri tərəfindən öyrənildikdən sonra ailə cəsədi qəbul edərək Bağlar rayonundakı Yeniköy qəbiristanlığında torpağa tapşırıb. Ancaq illər keçdikcə ailənin öz körpələrinin sağ olduğuna dair şübhələri güclənib. Daha sonra onlar prokurorluğa müraciət edərək eksqumasiya edilməsini istəyiblər. Nəticə heyrətə gətirib. Üç il əvvəl başladılan istintaq çərçivəsində eksqumasiyadan sonra ötən ilin iyun ayında Ədli Tibb Qurumunda aparılan DNT testi cəsədin Fatma Aslanla heç bir genetik əlaqəsinin olmadığını müəyyən edib. Xəstəxana işçilərinin oğlu Məhəmməd Furkanın cənazəsini qutuda təhvil verdiyini ifadə edən Ercan Aslan, "Mən dövlət qulluqçusu və imamam. Bizə təhvil verilən nəşi dəfn etdik. Lakin sonradan mənə dedilər ki, bu dəfn yeri Yeniköy qəbiristanlığının qeydlərində yoxdur. Dərhal Qəbiristanlıqlar Müdirliyi ilə əlaqə saxladıq. Prokurorluqda DNT uyğunluğu aparıldı və cəsədin bizim ailəyə uyğunluğu tapılmadı” deyib. Fatma Aslan da körpəsinin ölüm xəbərinə heç vaxt inanmadığını bildirib və əlavə edib: "Uşağım dünyaya gələndən sonra onu mənə göstərmədilər, ona görə də əmizdirə bilmədim. Xəstəxananın qapısında gözlədim. Yalvardım ki, 5 dəqiqə də olsa, içəri girib oğlumu görüm, sonra getdim, amma icazə vermədilər".

Ana Fatma Aslan, "Ölüm xəbərini alanda oğlumun ölümünü heç hiss etmədim, çünki içimdə heç bir ağrı hiss etmədim, bir damla göz yaşı tökmədim. Həmişə içimdə bir hiss var idi. Oğlumun sağ olduğuna inanırdım. Üç il əvvəl yoldaşımla qərar verdik və prokurorluğa müraciət etdik, DNA-nın nəticəsi çıxarıldı. Oğlumun sağ olduğuna əmin idim, 5 fevral 2008-ci ildə Diyarbakırda və ətraf bölgədə dünyaya gələn bütün körpələr DNT testindən keçməlidir” deyib. Analıq hissinin çox güclü olduğunu deyən Fatma Aslan, "oğlum sağdır, xoşbəxt deyil. Bunu hiss edirəm. O, imkanlı bir ailəyə verilmiş ola bilər, amma rahat deyil. Üç ildir mübarizə aparırıq, bu, bizi yorub. İstəyirik ki, bu 17 illik həsrətimiz bitsin. Diyarbakırda bəziləri bunu gülünc hesab edir, “necə belə bir şey ola bilər” deyirlər. Amma ürəyi yanmış ana bunu hiss edir”, söyləyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul etdi
16:01 08.10.2026
Gündəm
Abşeronda motoxuliqanlıqla bağlı 23 nəfər saxlanılıb
15:54 08.10.2026
Hadisə
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edilib
15:31 08.10.2026
Cəmiyyət
Rusiya Ermənistana Fransa ilə bağlı xəbərdarlıq etdi
15:05 08.10.2026
Dünya
Rubio: Tramp Türkiyənin F-35-ləri almasını istəyir
14:59 08.10.2026
Dünya
Alimləri təəccübləndirən KƏND: Ölümsüzlüyün sirrini tapıblar?
14:57 08.10.2026
Sağlamlıq
Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb
14:49 08.10.2026
Hərbi
ADY Çindən bu il 416 blok-qatar qəbul edib
14:01 08.10.2026
İqtisadiyyat
Husilər Türkiyə PUA-sını vurdular
13:51 08.10.2026
Dünya
Putin İlham Əliyevlə görüşəcək
13:07 08.10.2026
Gündəm
40 minədək şəxsə əlillik təyin olunub
13:01 08.10.2026
Sosial
Bakıda 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
12:53 08.10.2026
İnfrastruktur