17 yaşlı qızın intiharı “soyuq duş” effekti yaratdı: “Yüzlərlə belə qızımız var” – Mərhumun son VİDEOSU
Fidan Həmişəyeva
12:30 01.08.2019
Hadisə
3242
Günəl Səfərova:"Baş verən hadisədə valideyn cahilliyi ilə yanaşı qanun pozuntusu da var. Qızı intihar etmə həddinə çatdırdığı üçün hər iki valideyn cəzalanmalıdır”
“Həmin qız kimi yüzlərlə mənən ölmüş qızlarımız var. Çünki onlar da çox erkən yaşda evləndirilirlər. Ola bilsin ki, özlərini öldürməyiblər, amma mənəvi olaraq yaşamırlar”
Zaqatala rayonunda 17 yaşlı qız intihar edib. 2002-ci il təvəllüdlü Gülər Vüqar qızı İsmayılovanın meyiti yaşadığı evin həyətyanı sahəsində tapılıb. O, özünü həyətlərindəki tövlədə kəndirlə asıb.
G.İsmayılovanın intihar səbəbi kimi zorla sevmədiyi birinə nişanlanması olub. Məlumata görə, qızın sevdiyi oğlan universitetdə oxuyur. Oğlan G. İsmayılovaya deyib ki, “indi evlənə bilmərik, universiteti bitirim sonra ailə həyatı quraq”. Qız da onunla razılaşıb. Lakin G. İsmayılovanın ailəsi onu başqa oğlanla nişanlamağa hazırlaşırmış və “həri”si verilibmiş.
Məsələni dəyərləndirən “Gənc Vətəndaş” Maarifləndirmə İctimai Birliyinin icraçı direktoru Günəl Səfərova “Sherg.az”a bildirib ki, baş verən hadisədə valideyn cahilliyi ilə yanaşı qanun pozuntusu da var:
“Qanunvericiliyə görə, vətəndaşın 18 yaşı tamam olmamış nikaha daxil olmalı deyil. Yalnız 2 halda bu yaş 17-yə salına bilər: valideynlərin ölümcül xəstəliyə tutulması və hamiləlik faktoru. Amma burada da yenə qarşı tərəfin istəyi nəzərə alınmalıdır. Həmçinin bir insanı öldürmə həddinə çatdırmaq da qanun pozuntusu hesab olunur.
Validyenlər Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə ittiham olunmalıdır. Çünki bu hal baş verməsə, qız intihar etməzdi. Qızı intihar etmə həddinə çatdırdığı üçün hər iki valideyn cəzalanmalıdır. Düşünürəm ki, bu hadisə digər valideynlərə də dərs olmalıdır. Türkiyədə qadına, uşağa və özünü müdafiə etmək qabiliyyəti olmayan insana qarşı bu cür təzyiq göstərənlərə “misilləmə cəzası” verilir. Bu cəza olduqca ağır hesab olunur”.
G.Səfərova bildirib ki, bu hadisədə dövlət qurumlarının da fəaliyyətsizliyi özünü göstərir:
“Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi və digər qurumlar uşaq müdafiə siyasətində nizamlayıcı sistem yaratmalıdırlar. Bu sistem vasitəsilə uşaq qaynar xəttə müraciət edə bilərdi ki, neqativ hal baş verməsin. Hadisəni Feysbuk hesabımda paylaşanda bir anlıq düşündüm ki, özünü fiziki öldürənlərdən başqa, həmin qız kimi yüzlərlə mənən ölmüş qızlarımız var. Çünki onlar da çox erkən yaşda evləndirilirlər. Ola bilsin ki, özlərini öldürməyiblər, amma mənəvi olaraq yaşamırlar”.

Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya