Daxili işlər naziri istefa verdi, Makron qəbul etmədi

Fransa Prezidenti Emmanuel Makron ölkə daxilində baş verən genişmiqyaslı zorakılıq hadisələrindən sonra istefa ərizəsini təqdim edən daxili işlər naziri Loran Nünezin istefasını qəbul etməyib.

Sherg.az xəbər verir ki, bu barədə Yelisey sarayının açıqlamasında bildirilib.

Fransada etirazlar artan yaşayış xərcləri, dövlət xidmətlərindəki problemlər və məktəblərin vəziyyəti ilə bağlı ictimai narazılıq fonunda başlayıb.

Yelisey sarayının məlumatına görə, Makron polis və təhlükəsizlik qüvvələrində komanda zəncirinin qorunması üçün Nünezin vəzifəsində qalmalı olduğunu bildirib. Fransa prezidenti, həmçinin nazirə talançılıq hallarına qarşı mübarizə aparmaq üçün mümkün qədər tez yeni üsullar hazırlamağı tapşırıb.

Şənbə günü ölkə üzrə keçirilən nümayişlər zorakılıq hadisələrinə çevrilib. Şəhərlərdə zorakı qruplarla polis arasında toqquşmalar baş verib, bələdiyyə binalarından biri yandırılıb, mağazalar talan edilib.

Bazar günü Paris və Marseldə də yeni toqquşmalar yaşanıb. İğtişaş polisi mağazaların talan edilməsinin qarşısını almaq üçün müdaxilə edib.