Sərnişin taksinin üzərinə çıxıb təpiklədi – FOTO 

İstanbulda maşına götürülməyən sərnişin taksinin üzərinə çıxıb. 
“Sherg.az” “Haber Global”a istinadən xəbər verir ki, bir şəxs onu maşınına götürməyən sürücüyə hirslənərək, taksinin irəliləməsinə mane olmaq üçün yolunu kəsib avtomobilin “kapot”una çıxıb. Həmin anlar kameraya düşüb. 

Hadisə cümə axşamı gecə saatlarında Bəyoğlu Kuloğlu Məhəlləsində baş verib.Yoldakı tıxacı əngəlləmək üçün həmin şəxs bir neçə dəqiqə sonra ətrafdakı insanların səyi ilə avtomobilin üzərindən endirilib. İnsanların kənara çəkməyə çalışdığı şəxs, taksiyə təpik atıb.