AZAL təyyarəsi qəzaya uğradı  - İsraildən qərar

İsrailin “El-Al” aviaşirkəti Moskvaya bütün reysləri ləğv edib.

Axar.az xəbər verir ki, bu barədə İsrail Teleqram kanalları məlumat yayıb.

Bildirilib ki, buna səbəb Rusiyanın hava məkanında AZAL-a məxsus təyyarənin Rusiya HHM sistemləri vasitəsilə vurulmasıdır.

Qeyd edək ki, 25 dekabrda Bakıdan Qroznıya uçan AZAL-a məxsus təyyarə Aktauda qəzaya uğrayıb. İlkin məlumata görə, təyyarə Qroznı səmasında Rusiya HHM sistemlərinin hücumuna məruz qalıb. Təyyarədə olan 67 sərnişindən 38-i həlak olub, 29 nəfər sağ qalıb.