Tramp administrasiyası miqrant ailələrini deportasiya edəcək

ABŞ-nin yeni prezidenti Donald Trampın administrasiyası qeyri-qanuni miqrant ailələrini ölkədən qovacaq.

Teleqraf.com xəbər verir ki, Bunu “The Washington Post” qəzetinə müsahibəsində Ağ Evin gələcək sərhəd təhlükəsizliyi kuratoru Tomas Homan deyib.

O vurğulayıb ki, deportasiya olunan valideynlərə seçim hüququ veriləcək - uşağı tək qoymaq, ya da özü ilə aparmaq.

Homan əlavə edib ki, Birləşmiş Ştatlar uşaqları olan qeyri-qanuni miqrantların ailələrini həbsdə saxlamaq praktikasına qayıdacaq. Bu məqsədlə yaşayış şəraiti yüngül olan ayrıca müvəqqəti binalar tikiləcək.