Faciə! - Ekskavatorun üzərinə qaya parçaları düşdü: operator öldü


Sentyabrın 26-da Kəlbəcər rayonunun Zar kəndində yol çəkilişi zamanı “North West Construction” şirkətinə məxsus ekskavatorun üzərinə qaya parçaları düşüb.
Baş Prokurorluğun Mətbuat xidmətidən "Sherg.az"ın sorğusuna cavab olaraq bildirilib ki, 
hadisə  nəticəsində ekskavatorun operatoru Kürdəmir rayon sakini Cəbrayılov Bəhruz İsrail oğlu aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Bu barədə Kəlbəcər rayon prokurorluğuna məlumat daxil olub. Hazırda faktla bağlı araşdırma aparılır.