Atası yemək yemədiyi üçün 1, 5 yaşlı qızını döyüb öldürdü. “Sherg.az” “CNN Türk”ə istinadən xəbər verir ki, hadisə 19 oktyabr Gaziantepin Güneykənd məhəlləsində baş verib.
Bir ay öncə 27 yaşlı ana Duyğu Yılmaz xəstəxanada müalicə alan körpəsini ziyarətə gedib, 30 yaşlı həyat yoldaşı Mehmet Yılmaz isə qızı Elif Hazal ilə evdə qalıb. Elifə yemək yedizdirmək istəyən ata qızının yemədiyini görüncə qəzəblənərək ona yumruq atıb. E.Hazal yerə yıxılaraq hərəkətsiz qalıb.
M.Yılmaz təcili tibbi yardım xidmətinə zəng edib, qızının yıxıldığını bildirib. Balaca qız təcili tibbi yardımla xəstəxanaya aparılıb. Reanimasiya şöbəsində müalicə alan Elif Hazal səhər radələrində həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib. Hadisə ilə bağlı istintaq başladılıb. M.Yılmaz nəzarətə götürülüb. Polis İdarəsindəki sorğu zamanı ata qızına yumruq zərbəsi endirdiyini etiraf edib və o, məhkəmə yolu ilə həbs edilib.
Elifin cəsədi dəfn edilmək üçün təslim edilib. Həmin an anası göz
yaşlarına boğulub.