Gənclərin “un`lu” doğum günü keçirməsi faciəyə səbəb oldu.
“Sherg.az” “Haber Global”a istinadən xəbər verir ki, İstanbul Kadıköydə doğum günü üçün bir araya gələn gənclərin “un şakası” faciəylə nəticələnib. Noyan Dəmirlinin başından aşağı tökülən un şamdan alovlanıb. Böyüyən alovlar Dəmirli və dostlarını bürüyüb. Dəmirlinin qolu və ayağı yanıb. Həmin anlar anbaan kameraya düşüb.
Qida mühəndisi Batuhan İnanlar bildirib ki, unu dənəciklər şəklində alovun üzərinə töksəniz, kömürün tozunu tökdüyünüz vaxtdan 35 qat daha çox alovlana bilər:
“Ona görə də un, şəkər, nişasta kimi dənəcikləri odun üzərinə tökməmək lazımdır ki, belə hallarla qarşılaşmayaq”.