DİN-dən Bakıda itkin düşmüş 14 yaşlı qızla bağlı AÇIQLAMA – YENİLƏNİB+FOTO

Bu gün günorta saatlarında Suraxanı rayonu Günəşli qəsəbəsində itkin düşən 14 yaşlı qızın aparılan intensiv əməliyyat-axtarış tədbirləri ilə yeri müəyyən olunub.

Oxu.Az xəbər verir ki, bu sözləri Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

“Hazırda müvafiq polis bölməsinə aparılaraq ailəsinə təhvil veriləcəkdir”, - deyə DİN rəsmisi bildirib.

20:34

Bakıda itkin düşən 14 yaşlı yeniyetmə Alina Cavadova tapılıb.

Bu barədə Oxu.Az-a onun anası məlumat verib.

19:32

Bakıda 14 yaşlı Alina Cavadova itkin düşüb.

Bu barədə onun anası Oksana Cavadova məlumat verib.

Onun sözlərinə görə, bu gün saat 11:30 radələrində qızı taksi ilə Neftçilər metro stansiyası yaxınlığından evə Günəşli qəsəbəsinə göndərib.

Taksi sürücüsü onu Günəşlidə “Bravo” marketin yaxınlığında düşürüb, lakin Alina hələ də evə qayıtmayıb.

Alinanın əynində yaşıl gödəkçə, boz şalvar, qəhvəyi rəngli çəkmə olub. Təxmini boyu 160-162 santimetrdir.

Alinanın harada olması ilə bağlı hər hansı informasiyaya sahib olanlardan 050-389-16-69 (anası) nömrəsi ilə əlaqə saxlaması və ya yerli polis bölməsinə müraciət etməsi xahiş olunur.