Nurtaç Canan davasında qərar çıxıb.
“Sherg.az” “HaberGlobal”a istinadən xəbər verir ki, İstanbul “Zeytinburnu”da Raqıp Canan həyat yoldaşı Nurtaç Cananı silahla vuraraq yaralayıb.
4 iyun 2020-ci ildə boşanmaq istədiyi həyat yoldaşı Raqıp Canan Nurtaç Canana silahla 5 dəfə atəş açıb. Nurtaç Canan öz qanı ilə yerə “Annem, babam, hakkınızı helal edin. Beni Raqıp vurdu, kurtuldum” fikrini yazıb. Məhkəmə iş üzrə qərarını açıqlayıb. İttiham olunan R.Cananın 8 il 10 ay müddətinə azadlıqdan məhrum edilməsinə qərar verib. Nurtaç Canan məhkəmə heyətinə “Beni öldürmesimi lazımdı?”deyib, ağlayaraq reaksiya verib.