Sevgililər Günündə özünü körpüdən atan qadının əri və oğlu ölübmüş - YENİLƏNİB


Gəncədə dünən intihara cəhd edən və bu gün xəstəxanada vəfat edən şəxsin ölüm səbəbi məlum olub. 

Oxu.Az-ın məlumatına görə, 14 fevral tarixində özünü Gəncə çayı üzərindəki körpüdən ataraq intihar etmək istəyən, 1971-ci il təvəllüdlü Vəfa Əliyeva çanaq sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. O, bu gün həmin xəstəxanada vəfat edib.

Qadının intihar etməsinə səbəb bir neçə il əvvəl həyat yoldaşının, daha sonra isə övladının dünyasını dəyişməsidir. 

Qadın yaşama səbəbi olmadığı üçün Sevgililər Günündə intihara cəhd edib.

İlhamə Əbülfət

09:16

Gəncə şəhərində bir neçə gün əvvəl özünü körpüdən atan 50 yaşlı qadın yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

“Report”un məlumatına görə, V.Əliyeva müalicə aldığı xəstəxanada vəfat edib.

Xatırladaq ki, hadisə Bayraq Meydanının yaxınlığındakı körpüdə qeydə alınıb. V.Əliyeva özünü körpüdən ataraq intihara cəhd edib. O, ağır xəsarətlərlə xəstəxanada müalicə alırdı. Lakin qadının həyatını xilas etmək mümkün olmayıb.

Qadının psixoloji problemləri olduğu bildirilir.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.