Azərbaycanda DƏHŞƏT: Dəmiryolundan keçmək istəyən şəxsi qatar vurdu


Kürdəmirdə dəmiryolundan keçmək istəyən piyadanı qatar vurub.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Sığırlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 44 yaşlı Azər Afin oğlu Babaşov dəmiryolundan keçmək istəyərkən onu qatar vurub.

Ağır xəsarət alan yaralı dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralının vəziyyəti ağır olduğundan həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.