Zərdabda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb


Zərdab Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Sherg.az-a bildiriblər ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağcabədi rayon sakini Aqil İmranov polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman marixuana aşkar edilib. A.İmranovun narkotik vasitəni satdığı şəxslər də müəyyən olunub. Həmin şəxslərdən də marixuana götürülüb.

Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir. Rayon məhkəməsinin qərarı ilə F.İmranov barəsində həbs qətimkan tədbiri seçilib.