Türkiyəyə məxsus təyyarəyə atəş açıldı


Türkiyə də daxil olmaqla bəzi ölkələr Sudandakı vətəndaşlarını təxliyə etməyə davam edərkən, bu gün Türkiyəyə məxsus təxliyə təyyarəsinə kiçik silahla atəş açıldığı öyrənilib.
“Sherg.az” xarici mediaya istinadən xəbər verir ki, hadisə ilə bağlıTürkiyə Milli Müdafiə Nazirliyindən  açıqlama verilib.
Açıqlamada bildirilir:

"Münaqişənin davam etdiyi Sudanda sıxışmış vətəndaşlarımızı təxliyə etmək vəzifəsi üçün Vadi Seyidnaya gedən C-130 təxliyə təyyarəmiz yüngül silahlarla atəş açılıb. Təyyarəmizin sağ-salamat enişi həyata keçirilib.Heyətimizdə xəsarət alan olmayıb və təyyarəmizə  lazımi yoxlanı.lar edilib”.

Qeyd edək ki, Afrika ölkəsi olan Sudanda 2021-ci ildə baş verən hərbi çevrilişdən sonra dövləti birgə idarə edən iki güc, rəsmi ordu ilə hərbiləşdirilmiş Çevik Dəstək Qüvvələri (HDK) arasında yaşanan gərginlik aprelin 15-də silahlı qarşıdurmaya çevrilib. 

Tərəflər bu gün verdikləri bəyanatla başa çatan atəşkəsin daha 3 gün uzadılmasına qərar versələr də, bölgədə qarşıdurmalar davam edir.
Mənbə: Hürriyət qazeti